IV siniflər üzrə monitorinq keçirilib
18 may 2024-cü il tarixində məktəbimizdə IV siniflər üzrə monitorinq keçirilib. Qeyd edək ki,məktəbimiz mərkəzləşdirilmiş imtahan binası seçilib. 90 nömrəli məktəb şagirdləri ilə yanaşı 68,155,170,198,215 nömrəli tam orta məktəblərin IV sinif şagirdləri də imtahanda iştirak edib. Monitorinq prosesində IV siniflərə tədris dili üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.