"Xocalısız-25 il" adlı ədəbi-bədii gecə keçirilmişdir

24 fevral tarixində məktəbimizdə "Xocalısız-25 il" adlı ədəbi-bədii gecə keçirilmişdir.Əvvəlcə Dövlət Himni səsləndirildi və faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Məktəbimizin rus dili və ədəbiyyatı müəllimi Yeganə Məmmədova, Gülnarə Mirzəcanova və Samirə Salayeva tərəfindən hazırlanan tədbirdə hadisələri əks etdirən kompozisiyalar nümayiş etdirildi. Qəhrəmanlıq motivləri əsasında bəstələnmiş mahnı səsləndirildi və şeirlər söylənildi. Tədbirin sonunda söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gültəkin Rüstəmovaya verildi. O, çıxışında faciə haqqında tarixi faktlardan danışaraq, qeyd etdi ki, Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfindən bəşəriyyətə və xalqımıza qarşı işlənmiş ən qatı cinayətdir. Xocalı faciəsi haqqında məktəbimizin tarix müəllimi Namidə Cümşüdovna və tədbirin təşkilatçısı Yeganə Məmmədova da çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi