Ekologiya aylıqları çərçivəsində növbəti tədbir keçirilib

2016-2017-ci tədris ilinin yanvar ayından etibarən başlayan “Ekoloji aylıqlar” layihəsi çərçivəsində məktəbimizdə növbəti tədbir keçirilmişdir. Yanvar ayının “Ekologiya və İqtisadiyyat” aylığı elan olunması ilə əlaqədar məktəbimizin tarix və coğrafiya müəllimləri Səfəri Məhsəti və Ülkər Cavadlı-Kərimova 9-11 sinif şagirdləri ilə birgə fəaliyyət göstərmişdir. Tədbiri giriş sözü ilə açan Məhsəti xanım ekoloji problemlər haqqında qısa məruzə etdi. Müxtəlif ekoloji problemləri araşdıran müəllim və şagirdlər öz təqdimatlarında bu məsələlərə toxundular. Həmçinin Urmiya gölünün qurudulması ilə əlaqədar videoçarx nümayiş etdirildi. Sonra Ülkər xanım iqtisadiyyatın inkişafı ilə əlaqədar yaranmış ekoproblemlər haqqında məlumat verdi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi