IX sinif buraxılış imtahanlarının nəticələrinin təhlili

     BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun apardığı təhlilin nəticəsinə əsasən IX sinfin buraxılış imtahanlarının nəticələri ötən tədris ili ilə müqayisədə irəliləmişdir.  Əsas göstəricilərimiz belədir: 
      BŞTİ üzrə 271-ci sıradan 36 pillə irəliləyərək 235 ,rayon üzrə 37-ci sıradan 6 pillə irəliləyərək reytinqdə 31-ci sırada yer almışıq . Belə ki, 2021 -2022 tədris ilində IX sinif şagirdlərinin ortalama balları Tədris dili üzrə -43 - "3",  Riyaziyyatdan -28- "2" ,Xarici dil -27-"2" olduğu halda ,2022-2023 tədris ilində Tədris dili -41-"3" ,Riyaziyyatdan -29-"2" ,Xarici dil -33-"3" irəliləmişdir.
     Keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan tədbirlər, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması, zəif nəticə göstərən şagirdlər üçün əlavə məşğələlərin təşkili və s. tədbirlər buraxılış imtahanlarının nəticələrinin ötən illərlə müqayisədə əsaslı şəkildə müsbətə doğru dəyişməsinə səbəb olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi