FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNUB

      Ümumi və tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran şagird və məzunlara  fərqlənmə attestatı verilib. 
     Məktəb rəhbəri Svetlana Nəbiyeva 11b sinif məzunu Arifli Ləman Rəşad qızı, 9A sinif şagirdi Zülfüqarov Əli Rauf oğlu, 9b sinif şagirdi Ələkbərova Günay Orxan qızını fərqlənmə attestatı ilə təltif edib. Onları təbrik edib və uğurlar arzulayıb.
    Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi