Şəhid Qənbərov Bilal Xanlar oğlunun ailəsi ziyarət olunub

     Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi  dərin ehtiram və qürurla anmaq, xatirələrini uca tutmaq borcumuzdur. 
    19 iyun 2023-cü il tarixində  6a sinfinin rəhbəri, ingilis dili müəllimi Zülfiyyə Hacıyeva Şuşa Fatehləri və qazilərin iştirakı ilə 6d  və 6a sinif şagirdləri, valideynlərlə  Vətən müharibəsində qəhrəmancasına şəhid olan Bilal Qənbərovun ailəsini ziyarət etmiş, daha sonra isə Şəhidimizin məzarına ziyarət etmişlər.  
     Müharibənin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
     Sonda  şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. Həmçinin müəllim Zülfiyyə Hacıyeva  6a sinif şagirdləri ilə şəhid ailəsinə hazırladıqları hədiyyələri təqdim edib,  xatirə şəkilləri çəkdiriblər. 
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi