MUZEYLƏRƏ EKSKURSİYA TƏŞKİL OLUNUB

     Məktəbin bir qrup şagirdi Təsviri İncəsənət müəllimi Cavad Qurbanovun başçılığı ilə  Təbiət Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya ediblər. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
      Təbiət Tarixi Muzeyinə ekskursiya  zamanı şagirdlər Azərbaycanın arxeoloji qazıntılar zamanı aşkar olunan bir çox heyvan skeletləri və digər qiymətli eksponatları ilə ətraflı tanış oldular. Daha sonra muzey əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar. Təbiət Tarixi Muzeyinə ekskursiya şagirdlərin böyük marağına səbəb oldu. Həmçinin şagirdlər qısa müddətdə  yerli fauna və flora haqqında xeyli məlumatlandılar.
     Milli İncəsənət Muzeyinə  ekskursiya zamanı şagirdlər Azərbaycan tarixini və incəsənətini, milli sərvətlərini əks etdirən ekspozisiyalarla, yerli və xarici rəssamların rəsmləri ilə tanış olublar.
     Daha sonra şagirdlər Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil olunub . Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətləri, şair və yazıçıları ilə tanış oldular. Muzeyə ekskursiya zamanı şagirdlər klassiklərimizin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olur, ədəbiyyatımızın görkəmli nümayəndələri və onların əsərləri barədə məlumatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi