“Heydər Əliyev ili”nin ən yaxşı dərsi müsabiqəsində qalib gələn müəllimiz

      96 nömrəli məktəbin təşkilatçılığı ilə BŞTİ-nin tabeliyində olan 10 ümumi təhsil müəssisəsi arasında təşkil olunmuş “Heydər Əliyev ili”nin ən yaxşı dərsi müsabiqəsində məktəbimizi Coğrafiya müəllimi Ramilə Məmmədli təmsil etmişdir və l yerə layiq görülmüşdür. 
     Dərslər aşağıdakı meyarlar əsasında qiymətləndirilmişdir:
1.Təlim məqsədi standarta uyğun olmalıdır
2.Qiymətləndirmə meyarları məqsədə uyğun olmalıdır  və səviyyələndirilməlidir.
3.Tapşırıqlar məqsədə uyğun olmalıdır
4.Təlim forması məqsədə uyğun olmalıdır
5.Təlim üsulu məqsədə uyğun seçilməlidir
6.Təlimdə bərabər imkanlar yaradılmalıdır
7.Şagird-şagird, şagird-müəllimi əməkdaşlığı faydalı qurulmalıdır
8.Vaxtdan və resurslardan düzgün, səmərəli istifadə edilməlidir
9.Şagirdlərə müəllim tərəfindən konstruktiv rəy verilməlidir
10.Refleksiya düzgün aparılmalıdır.
     Təşkilat komissiyası üzvləri tərəfindən edilən qiymətləndirmə nəticəsində məktəbimizin müəllimi Ramilə Məmmədli  I yerə layiq görülmüşdür. Qalib müəllimimizi təbrik edir,uğurlarının davamlı olmasını diləyirik .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi