“SON ZƏNG” TƏDBİRİ KEÇİRİLİB

     İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, məktəb rəhbərliyi, müəllimlər ,XI sinif məzunları və onların sinif rəhbərləri, valideynlər iştirak edib.      Məktəb həyətində keçirilən  “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 

     Məktəb rəhbəri Svetlana Nəbiyeva tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib, onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə edib. 
     Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov  çıxış edərək məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar. Direktor müavini Gültəkin Səlimova məzunlara xoş arzularını bildiriblər.

     Qeyd edək ki, məktəbdə Azərbaycan bölməsi üzrə-11A, 11B, 11C, rus bölməsi üzrə-11R , ümumilikdə 88 nəfər şagird məzun oldu. Onlardan 8 nəfəri buraxılış imtahanında 200 baldan yuxarı toplayıb, 2 nəfər şagirdimiz Arifli Ləman və Əliyeva Süsənbər fərqlənmə attestatına namizəddir.
     Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.Tədbir zamanı mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirilib.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunub.Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, sonda, “Son zəng” çalınıb.

https://youtu.be/a58GC0oyq4Y

https://youtu.be/hm7bPqrjeOw

https://youtu.be/CeVoAjaHWuU

https://youtu.be/e7bIvCF5ung

https://youtu.be/qzPSIhFS-rI

https://youtu.be/KnXIX0T9SDU

https://youtu.be/BiqsGRPjHHo

https://youtu.be/RrCHVZzmpNQ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi