SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş və bürünc medal alan şagirdlərimiz

      Məktəbin 8a sinif şagirdi Nigar İsmayılova SASMO (Singapore and Asian Schools Math Olympiad) Beynəlxalq Olimpiada mərkəzinin keçirdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasında II  yeri tutub və gümüş medal , sertifikatla mükafatlandırılıb. Həmçinin məktəbin 4b sinif şagirdi Hüseyn İsmayılzadə isə lll yerə çıxaraq bürünc medal və sertifikatla təltif olunub.
     Şagirdlərimizi və onun riyaziyyat müəllimləri Gülşən Xankişiyevə və Aidə Nəcəfovanı təbrik edir ,uğurlar arzulayırıq. 
       Qeyd edək ki,  SASMO Asiyada ən böyük riyaziyyat olimpiadalarından biridir. SASMO müsabiqələri tələbələrin düşüncə potensialını genişləndirmək məqsədi daşıyır, onların SASMO-da iştirakı onlara məktəb riyaziyyatında, eləcə də yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirməyə kömək edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi