IV siniflərdə monitorinq keçirilib

IV siniflərdə monitorinq keçirilib

       90 nömrəli məktəbdə 10 iyun 2023-cü il tarixdə
  Elm və Təhsil Nazirliyi tərəfindən 68, 90, 155, 170, 198, 215 nömrəli tam orta məktəbin lV sinif şagirdlərinin monitorinqi təşkil edilib. 611 şagirdin iştirakı ilə keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
     Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindən olub. Şagirdlərə tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual verilib . Monitorinqin müddəti 120 dəqiqə olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi