Əlifba bayramı keçirilib

     Məktəbin 1r sinifində İbtidai sinif müəllimi  Həlimət Camalovanın təşkilatçılığı ilə  Əlifba bayramı keçirilib. 
     Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.
     Məktəb rəhbəri Svetlana Nəbiyeva  yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib.
     Sinif rəhbəri  Həlimət Camalova körpələrin ilk sevinci - Əlifba bayramı münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb. Tədbir zamanı 1r sinif şagirdləri şeir, mahnı, rəqs və kiçik səhnəciklər təqdim ediblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi