"Sağlam gələcək üçün narkomaniyaya yox deyək " adlı tədbir

     90 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Lida Muxtarovanın başçılığı ilə məktəbin yuxarı sinif şagirdləri Sabunçu Gənclər Evində keçirilən  "Sağlam gələcək üçün narkomaniyaya yox deyək " adlı tədbirdə iştirak edib.  Maarifləndirici tədbirdə müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin diqqətində saxlanmasının zəruriliyindən bəhs edib. Bildirib ki, bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzini ön plana çəkmək və gəncləri narkomaniyadan hər zaman uzaq olmağa çağırmaqdır. Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalı, sağlam və işıqlı gələcək naminə bu işdə laqeydlik göstərilməməlidir.
     Sonda narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi