"Tarixin qan yaddaşı" adlı tədbir keçirilib

19 yanvar tarixində məktəbimizdə 20 yanvar hadisələrinin 27-ci ildönümü münasibətilə "Tarixin qan yaddaşı" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi.Tədbir məktəbin Uşaq Birliyi Rəhbəri Nərmin Abbasxanova tərəfindən hazırlanmışdır. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin şagirdləri şeirlər söylədi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdi. Qəhrəmanlıq mövzusunda və şəhidlərə həsr edilmiş mahnılar səsləndirildi. Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova çıxış edərək 20 Yanvar hadisələri haqqında danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi