RƏQƏMSAL BSQ-LƏR YEKUNLAŞIR
Məktəbdə 2022-2023-ci tədris ilinin Il yarım ili üzrə V və Vl sinif şagirdlərinin bilik və bacarıqlarının rəqəmsal formada qiymətləndirilməsi prosesi yekunlaşır.
Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmə summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil olunub, nəzarətçi müəllimlərin müşayiəti ilə "Virtual məktəb” platforması üzərindən aparılıb.