"İxtisaslı valideynlərlə görüş" keçirilib

      31 may 2023-cü il tarixində məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində sinif rəhbəri İlhamə Bayramovanın təşkilatçılığı ilə  2 c sinfində "İxtisaslı valideynlərlə görüş" keçirilib.
     Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən görüşün keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir. Görüş zamanı ixtisaslı valideynlər öz iş təcrübələrini  şagirdlərlə bölüşüb. İxtisaslarına, iş sahələrinə uyğun olaraq valideynlər həmin sahələrə maraq göstərən şagirdlərə öz tövsiyələrini veriblər, maarifləndirici videolar və təqdimatlar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi