II YARIMİLİ ÜZRƏ BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİLMƏ KEÇİRİLMƏSİNƏ START VERİLİB

      31 may 2023-cü ol tarixindən  məktəbdə 2022-2023-cü tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirilmə keçirilməsinə start verilib. Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib. Müəllimlərə fənlər üzrə sualların tərtib olunması, imtahan zamanı nəzarətçi müəllimlərin nəzarəti və obyektivliyin qorunması tapşırılıb.
     BSQ IV,IX,XI siniflərdə bütün fənlər üzrə ,digər siniflərdə isə əsas fənlər üzrə aparılır. Test kitabçaları  tədris ili ərzində mənimsənilən materiallara dair suallar əsasında tərtib olub. İmtahan yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi