RƏQƏMSAL BSQ-LƏRƏ START VERİLİB

    Məktəbin V və VI siniflərində Rəqəmsal BSQ-lərin keçirilməsinə start verilib. Rəqəmsal böyük summativ qiymətləndirmə elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) cədvəl əsasında növbəli şəkildə İKT ilə təchiz edilmiş informatika kabinetlərində keçirilməyə başlanılıb. Qiymətləndirmə rəqəmsal şəkildə “Virtual məktəb” platforması üzərindən aparılır.
      Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etməklə yanaşı, kağız sərfiyyatını da minimuma endirmiş olur. Eyni zamanda, rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunub, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi