“ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN UZAQ OLAQ” MÖVZUSUNDA "AÇIQ DƏRS" KEÇİRİLİB
30 may Məktəbin biologiya müəllimi Arzu İbişovanın təşkilatçılığı ilə 8B sinifində “Zərərli vərdişlərdən uzaq olaq” mövzusunda "Açıq dərs" keçirilib.
Əvvəlcə ,mövzu uzrə videoçarx izlənib. Müəllim mövzu haqqında geniş məlumat verib.
Şagirdlər pis vərdişlərdən və zərərli maddələrdən uzaq olmaq hər kəsin özündən asılı olduğunu, insan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitə olduğunu söylədilər. "Açıq dərs" zamanı geniş məlumat mübadiləsi aparılıb.
Sonda belə bir nəticəyə gəlinib ki ,əgər zərərli vərdişlərin aludəsi olmuş şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və zərərli vərdişdən birdəfəlik yaxa qurtarar.