OLİMPİADADA UĞUR QAZANAN ŞAGİRDLƏRİMİZ

     Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb.
      Qeyd edək ki, fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub.
     Məktəblilərarası fənn müsabiqəsində məktəbin 6b sinif şagirdi Şükürzadə Aliyə Zəffər qızı riyaziyyat fənni üzrə və Lütfi Zadə adına məntiq olimpiadası üzrə  5d sinif şagirdi  Babayev Heydər Heydər oğlu qalib gələrək  yarımfinal mərhələsində iştirak hüququ qazanıblar. 
     Uğur qazanan hər iki şagirdi və onların riyaziyyat müəllimləri Sevda Xankişiyeva və Gülşən Xankişiyevanı təbrik edir , şagirdlərə növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi