2C SİNFİNDƏ "HƏR ŞEY ÖVLADIMIZ ÜÇÜN" ADLI TƏDBİR KEÇİRİLİB
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəbin 2c sinfində sinif rəhbəri İlhamə Bayramovanın başçılığı ilə "Hər şey övladımız üçün" adlı tədbir təşkil olunub. Şagirdlər maraqlı kitablar mütaliyə ediblər ,yeni məlumatlar təqdim ediblər. Valideynlərin iştirakı ilə keçən tədbirdə məqsəd valideynlərin övladının təhsil aldığı müəsissədə təlim-təhsil prosesini izləməsidir.
Tədbir zamanı 2c sinif şagirdləri qəhrəman qazilərimizlə görüşüb, onların döyüş yolu haqqında söhbətləri dinləyiblər. Onlar qazilərimizi tanıdılar və hər zaman Vətənimiz uğrunda canlarını fəda edən bu insanları heç zaman unutmayacaqlarının bir daha canlı şahidi oldular.
Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin!