ULU ÖNDƏRİN 100 İLLİYİNƏ VƏ 28 MAY RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

     25 may 2023-cü il tarixində  məktəbin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 28 May – Respublika Günü münasibətilə  tədbir təşkil edilib .
     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz ruhu  1 dəqiqəlik sükutla yad edilib. Şagirdlər müasir və müstəqil azərbaycançılıq ideyalarına uyğun vətənpərvərlik nümunələri nümayiş etdiriblər. Tədbirin mahiyyəti  ilə  bağlı geniş məlumatlar verilib, şagirdlər Azərbaycan və ingilis dillərində şeirlər, müstəqilliyimizə həsr edilmiş şüarlar nümayiş etdiriblər.
     Tədbirdə Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının sədri Allahverdiyev Sabir , I Qarabağ müharibəsinin qazisi Xaliq müəllim,  Şuşa fatehləri Həsənov Fərid, Daşdıyev Soltanbəy və  ll Qarabağ müharibəsi qazisi Xankişi Yusifov iştirak ediblər.   Tədbirdə milli və xarici musiqilər ,vətənpərvərlik mövzusunda musiqili kompozisiya, milli kinolarımızdan  səhnəciklər təqdim olunub.
      Tədbir zamanı qəhrəman qazilərimiz, məktəb rəhbəri Svetlana Nəbiyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova və ingilis dili metodbirləşmə sədri Zülfiyyə Hacıyeva çıxış edib. Sonda qazilərimizə ingilis dili müəllimləri tərəfindən təşəkkürnamələr və  hədiyyələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi