Peşə məktəbinə ekskursiya
Məktəbin IX və XI sinif şagirdləri müəllimləri ilə birlikdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi-5 nömrəli Bakı Peşə Məktəbində "Açıq qapı" günündə iştirak ediblər.
Məqsəd şagirdləri peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olmuşdur.