ŞƏHİD CEYHUN ŞALIYEVƏ HƏSR OLUNMUŞ TƏDBİR

       20 may şəhid Ceyhun Şalıyevin cənnətdəki  doğum günüdür. 1g sinfi ibtidai sinif müəllimi Sevda Musayevanın başçılığı ilə şəhid Ceyhun Şalıyevə həsr olunmuş tədbir keçirilib. 
     Sinif 44 günlük Vətən müharibəsi şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunun əziz xatirəsini dərin ehtiramla  yad edib. 1g sinif şagirdləri vətən haqqında şeirlər səsləndirib,Şalıyev Ceyhun  kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını deyiblər. 
     Şalıyev Ceyhun Nüsrət oğlu 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!

https://youtu.be/FQarMEtq-FM

https://youtu.be/QUDF4ZbF7Kw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi