"Ailəm və məktəbim" layihəsi çərçivəsində “Valideynin məktəbdə bir günü”

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2023-cü il tarixli 3-29-59/3-2-170 F/2023 nömrəli əmrinə uyğun olaraq 16 may  2023-cü il tarixində məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində  “Valideynin məktəbdə bir günü”  həyata keçirilib.
     Layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.
     Tədbirlər Planına uyğun olaraq layihə zamanı valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinləniləcək və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
     Tədbir çərçivəsində valideynlər sinif otaqlarını gəzib, dərslərdə iştirak ediblər. Valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçirilib.
     Bildirilib ki ,ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına,uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə töhfə verir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi