Kimya fənni üzrə "Açıq dərs" keçirilib
15 may 2023-cü il tarixində kimya fənn aylığı çərçivəsində 10r sinfində müəllim Elmira Əliyeva tərəfindən "Açıq dərs" keçirilib.
Dərs dinləmədə məktəb rəhbərliyi iştirak edib.Dərsin mövzusu "Neft və neftin ilkin emalı " olub. Standartlara uyğun keçirilən dərs tədqiqat sualı üzərində qurulub. Neftin fiziki xassələrini öyrənmək məqsədilə şagirdlər tərəfindən təcrübələr aparılmışdır. Müəllim neftin ilkin emalı zaman alınan fraksiyallarla şagirdləri tanış edib. Şagirdlər cütlərlə, qruplarla tapşırıqları yerinə yetiriblər, neftdən alınan məhsullarla tanış olublar. Neftin və onun məhsulları istehsalı zaman çirklənməsinin qarşısının alınması yollarını öyrəniblər.
"Açıq dərs"in sonunda Heydər Əliyevin güclü siyasəti nəticəsində Azərbaycan Respublikasının neft strategiyası haqqında danışıldı və həmin strategiyası nəticəsində Azərbaycanın çiçəklənməsinə səbəb olması haqqında ətraflı məlumat verilib. Şagirdlər fəal və həvəslə dərsdə iştirak etdilər. Müəllimin internet resurslarından , müasir texnologiyadan istifadə etməsi dərsi daha da rəngarəng edib.