Ulu Öndərin anadan olmasının 100 illik yubileyi qeyd edilib

      Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik  yubileyi təntənəli şəkildə qeyd edilib.
      10 may 2023-cü il tarixində Bakı Gənclər Mərkəzinin zalında  Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Məktəb rəhbəri Svetlana Nəbiyeva bu konfransda iştirak edib. Konfransda Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən xalqı və dövlətçiliyə     
xidmətlərindən danışılıb.
     Həmçinin eyni tarixdə  Bakı Gənclər Mərkəzinin həyətində yerləşən parkda  Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar konsert keçirilib. Məktəb rəhbəri və müəllim heyyəti bu konsertdə yaxından iştirak edib.
     Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən 2023-cü ilin“ Heydər Əliyev ili” elan edilməsi dahi liderin əziz xatirəsini böyük coşquyla yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi