"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində şeir müsabiqəsi keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123 F/2023 əmrinin tədbirlər planına əsasən təhsilalanların milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək ,şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində şeir müsabiqəsi keçirilib. Kitabxana müdiri Minayə Əzimovanın ,kitabxanaçı Fəxriyyə Səfərovanın təşkilatçılığı ilə keçən şeir müsabiqəsində şagirdlər folklor nümunələrinə aid vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. İştirakçıların söylədiyi şeirlər məktəb rəhbəri Svetlana Nəbiyeva ,Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Fərzəliyeva, Humay İsmayılova ,riyaziyyat müəllimi Kifayət Məmmədova ,kitabxanaçılar tərəfindən qiymətləndirilib və qalibləriş müəyyən olunub. Sonda fəal iştirakçılar diplom və təşəkkürnamələrlə mükafatlandırılıb.