Valideyn iclası keçirilib
2c sinfində sinif rəhbəri İlhamə Bayramova növbədənkənar valideyn iclası keçirmişdir.
Əvvəlcə oğlan şagirdlərin valideynləri ilə görüş olmuşdur. Məqsəd - yeni lahiyə ilə bağlı bir təkan olaraq təşkil olunmuşdur. Şagird nizam intizam qaydaları, sağlam psixoloji mühitin yaradılması, məktəb, valideyn müəllim münasibətləri və mütamadi olaraq valideyn məktəb əlaqəsi müzakirə olunmuş ,nümunəvi şagirdlərin rəğbətləndirilməsi haqqında da söhbət aparılmışdır. Şagirdlərin bir-birinə qarşı münasibəti sevgisi ünsiyyəti müzakirə olunmuş, neqativ hallar olarsa onların necə aradan qaldırılması və müzakirəsi üçün çıxış yolu da qeyd olunmuşdur.
İclasda məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova və məktəb psixoloqu Cəmilə Məmmədova iştirak etmiş valideynlərin suallarını cavablandırıb və öz tövsiyələrini vermişdir.