SİNİF RƏHBƏRLƏRİ İLƏ ONLAYN İCLAS KEÇİRİLİB
29 aprel 2023-cü il tarixində məktəb rəhbərliyinin təşkilatçılığı ilə sinif rəhbərləri ilə Zoom platforması üzərindən onlayn iclas keçirildi.
İclası məktəb rəhbəri Svetlana Nəbiyeva açaraq siniflərdə dərsə davamiyyətin nəzarəti, davranış qaydaları ,sinif rəhbərlərinin həftəsonu hesabatı , sinif rəhbərlərinin keçiriləcək tədbirlərdə fəal iştirakı və dəstəyi ,siniflərdə sağlam psixoloji mühitin yaradılması, valideyn iclaslarının keçirilməsi və s. vacib məsələlərin müzakirəsi haqqında danışıb.
Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadiqova hər bir sinif haqqında müsbət və mənfi cəhətləri vurğuluyaraq siniflərə diqqəti daha da artırmaq, davranış jurnallarına və qaydalarına ciddi nəzarət, şagirdlərlə həm kollektiv, həm də fərdi şəkildə işləmək , valideynlərlə sıx əlaqə yaratmaq və s. barədə sinif rəhbərlərinə xüsusi tapşırıqlar verdi.
Məktəb psixoloqu Cəmilə Məmmədova sinif rəhbərlərinə tövsiyələr verdi , onlara öz məsuliyyətlərini anlamalı, üzərlərinə düşən vəzifələri yerinə yetirməli,şagirdlərlə tərbiyəedici və maarifləndirici söhbətlərinin aparılmasını və məktəb həyatında, idarəolunması prosesində fəal iştirak etməli olduqlarını bildirib.
Sonda davranış jurnallarında mütəmadi olaraq qeydlər aparılmasının, şagirdlərin dərsə hazırlıqlı səviyyələri və davranışları barədə rəhbərliyin məlumatlandırılmasını bir daha sinif rəhbərlərinin diqqətinə çatdırıldı. Müəllimlərin sualları cavablandırılıb ,məsləhətlər verilib.