Şagirdlərimiz Şəhidlər Xiyabanında ziyarətdə olublar

Bu gün məktəbimizin 6 c sinif şagirdləri sinif rəhbərləri Günel Cəfərova və məktəbin Uşaq Birliyi Rəhbəri Nərmin Abbasxanovanın təşkilatçılığı və rəhbərliyi altında Şəhidlər Xiyabanını ziyarət ediblər. 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə həmin hadisələr zamanı Vətənimizin azadlığı və istiqlaliyyəti, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın məzarına qərənfil dəstələri qoymuşlar. Şagirdlərə bu faciənin tarixi haqda məlumat verilərək bildirildi ki, 27 il bundan öncə törədilən 20 Yanvar hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirmək lazımdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi