İNGİLİS DİLİ FƏNNİ ÜZRƏ "AÇIQ DƏRS"
25 aprel 2023-cü il tarixində məktəbin ingilis dili müəllimi Aidə Qoşnaliyevanın təqdimatında 7a sinfində “Story time” mövzusunda “Açıq dərs” keçirilib.
Dərsdə məktəbin rəhbərliyi və fənn üzrə metodbirləşmə sədri iştirak edib. Şagirdlər dərs zamanı qruplara bölünüblər. Mövzu ilə bağlı videoçarx izlənilib. Tədqiqat işi aparılıb, mövzu üzrə suallar cavablandırılıb. Dərsdə müxtəlif təlim üsullarından istifadə olunub. Sonda qiymətləndirmə aparılıb.
İngilis dili fənnindən “Açıq dərs”lərin keçirilməsində məqsəd şagirdlərin xarici dil fənlərinə marağını artırmaq, ingilis dili biliklərini daha da inkişaf etdirməkdən ibarət olub.