HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ EKSKURSİYA TƏŞKİL OLUNUB
2r sinif şagirdləri sinif rəhbəri Günel Musayevanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Şagirdlərə dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında geniş məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Daha sonra Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar. Şagirdlər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.