Şəhidlər Xiyabanına ziyarət olunub

      Şəhid İlkin Quliyevin doğum gününü 6a sinif şagirdləri sinif rəhbəri Zülfiyyə Hacıyevanın başçılığı ilə Şəhidlər Xiyabanında məzarı başında qeyd ediblər. 
     Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.Ziyarət zamanı şəhidin döyüş yolu barədə söhbət açılıb. Sonra şagirdlərin ifasında şəhidin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Həmçinin digər şəhidlərin məzarları da ziyarət olunmuşdur. 
     Daha sonra şəhid İlkin Quliyevin ailəsi ziyarət olunub, sonda xatirə şəkillər çəkilib.

     Allah Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi