ŞAGİRD DAVRANIŞ QAYDALARININ TƏTBİQİ BARƏDƏ ŞAGİRDLƏR MƏLUMATLANDIRILIB
Məktəbdə "Ümumtəhsil məktəblərində şagird davranış qaydaları" nın tətbiqinə dair maarifləndirmə işi aparılıb. Daxili nizam-intizam qaydalarını əks etdirən lövhələr hazırlanıb, məktəb binasının dəhlizlərində və sinif otaqlarında asılması təmin edilib. Həmçinin sinif rəhbərlərinə sinif otaqlarında şagird davranış qaydaları barədə məlumatlandırıcı guşələrin hazırlanması barədə məlumatlar verilib.