Aprel döyüşlərinə həsr olunmuş tədbir

      Məktəbin 1g sinfində sinif rəhbəri Sevda Musayevanın başçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş Sinif təşkilat saatı keçirilib. 
     Əvvəlcə, Azərbaycan Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
     Müəllim çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir.
     Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

https://youtu.be/1eouo9uGLBM

https://youtu.be/fzvXIJZV-sw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi