FİZİKA FƏNNİ ÜZRƏ AÇIQ DƏRS
30 mart 2023-cü il tarixində 6a sinifində məktəbin fizika müəllimi Gülnarə Hüseynova "Elektrik qarşılıqlı təsiri" mövzusunda "Açıq dərs" keçirib.
Mövzu üzrə geniş məlumat mübadiləsi və müzakirəsi aparılıb. Kurikulum metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin qrup işinin təqdimatı olub. Sonda müəllim ev tapşırıqlarını verərək qiymətləndirmə aparıb. Dərs bitdikdən sonra fikirlər ümumiləşdirilib, nəticələr təhlil edilib.