31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI

      31 mart soyqırımı məktəbimizdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olunub. Müəllimlər mövzu ilə bağlı söhbətlər apardı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Mövzu ilə əlaqədar təqdimatlar və video çarxlar təqdim edildi, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi. Vəhşiləşmiş erməni-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından danışaraq şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınların Bakı şəhəri ilə məhdudlaşmadığı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetirdikləri xatırlanıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi