Məktəb kitabxanasında tədbir

     "Heydər Əliyev İli"nə həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı layihənin icrası məqsədilə məktəb kitabxanasında  Novruz bayramı ilə əlaqədar  "Dəyərlərimiz bədii ədəbiyyatda" adlı tədbir təşkil olunub. Kitabxanada xalqımızın adət-ənənələrinin əks olunduğu kitab va bədii məqalələrdən ibarət guşələrin hazırlanıb və şagirdlərin guşələrlə tanış edilib.
     Kitabxana müdiri Minayə Əzimova,kitabxanaçı Fəxriyyə Səfərova şagirdləri salamlayaraq, onları təbrik edib. Novruz bayramı haqqında məlumat verib. Qeyd edilib ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Tədbir uşaqların hazırladıqları səhnəciklər, rəqslər, şeirlərlə davam edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi