5C SİNFİNDƏ NÜMUNƏVİ DƏRS
"Heydər Əliyev İli"nə həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı layihə çərçivəsində 17 mart 2023-cü il tarixdə məktəbin riyaziyyat müəllimi Gülşən Xankişiyeva 5c sinfində "Tənlik qurmaqla məsələ həlli" mövzusunda nümunəvi dərs keçirib. Dərsdə məktəb rəhbəri Svetlana Nəbiyeva iştirak edib. Dərs maraqla qarşılanıb. Şagirdlər qruplar şəklində tapşırıqları həll ediblər, məlumat mübadiləsi və müzakirəsi aparıblar.