Novruz bayramına həsr olunmuş tədbir

           Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş "Heydər Əliyev İli"nə həsr olunmuş  "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlər davam edir.

     Məktəbin ibtidai sinif müəllimi İlhamə Bayramovanın təşkilatçılığı ilə 2 c sinfi Novruz bayramı ənənələrini nümayiş etdirən tədbir keçirib. Akt zalında keçən tədbirdə məktəb rəhbərliyi,müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər.
     Əvvəlcə,bolluq, xeyirxahlıq bayramı olan Novruz münasibətilə tədbir iştirakçıları təbriklər səsləndirib. Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirilib. Sinif rəhbəri  İlhamə Bayramova şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini tədbir iştirakçılarının  diqqətinə çatdırıb.
     Tədbirdə 2c sinif şagirdləri Novruza, baharın gəlişinə həsr olunmuş şeirlər ifa edib, mahnılar səsləndirib və maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin rəqsləri hamı tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi