Novruz xalq bayramıdır

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü
il tarixli əmri ilə təsdiq edilmiş "Heydər Əliyev İli"nə həsr olunmuş  "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlər davam edir.

     2d sinfidə sinif rəhbəri Gülnar Cəfərovanın təşkilatçılığı ilə xalqımızın milli bayramı olan Novruz bayramına həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Novruzla bağlı adət-ənənələr haqqında ətraflı məlumat verilib. Şagirdlər müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış edib, milli geyimlərdə rəqslər ifa edib, şeirlər söyləyiblər.
     Məqsəd milli adət-ənənələrimizi şagirdlərə aşılamaq və təbliğ etməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi