Novruzum - yazım mənim

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü
il tarixli əmri ilə təsdiq edilmiş "Heydər Əliyev İli"nə həsr olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlər davam edir.

     Məktəbin ibtidai sinif müəllimi Sevda Musayevanın təşkilatçılığı ilə ərsəyə gələn "Novruzum - yazım mənim" adlı tədbirdə 1g sinif şagirdləri yaddaqalan çıxışlar ifa ediblər. Bayram atributları ilə bəzədilmiş sinifdə qız və oğlanlar milli geyimdə bahar nəğmələri, bayram şeirləri səsləndiriblər. Sinif qızları haxışta söyləyib, xonça hazırlayıb, oğlanlar yumurta döyüşdürüb, milli rəqs sədaları altında rəqs ediblər.
     Məktəb rəhbəri Svetlana Nəbiyevanın,  tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqovanın iştirakı ilə keçən tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.

https://youtu.be/8dd3BJqC0-c

https://youtu.be/GJCqF5OlbSc

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi