"REPRODUKTİV SAĞLAMLIQ" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT
14 mart 2023-cü il tarixində Tədbirlər Planına əsasən məktəbin akt zalında 6, 7-ci sinif şagirdlərinin qızları ilə qadın həkimi Günay Rzayeva ,məktəbin tibb bacısı Hicran Qarayeva , məktəb psixoloqu Vüsalə Orucova "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici söhbət aparıb. Seminarda şagirdlərə sağlamlıq anlayışı, gigiyena qaydaları haqqında geniş məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.