Novruz və milli adət - ənənələrimiz

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü
il tarixli əmri ilə təsdiq edilmiş "Heydər Əliyev İli"nə həsr olunmuş  "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlər davam edir.

      Məktəbin 1e  sinfində ibtidai sinif müəllimi Samirə İmamquliyevanın başçılığı ilə "Novruz və milli adət - ənənələrimiz" mövzusunda sinif təşkilat saatı keçirilib. 
     Məktəb rəhbəriliyinin iştirakı ilə keçən tədbirdə şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb. 
     Tədbir zamanı müəllim çərşənbələr haqqında məlumatlar verib, onların qədim köklərindən, mahiyyətindən danışdılar. Novruzun gözəlliyi onun insanları bir araya toplaması, küsülülərin barışması, sevincin, sevginin, dostluğun ən gözəl şəkildə yaşadılmasıdır.  
     Həmçinin xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi