MONİTORİNQ KEÇİRİLİR
6 mart 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən məktəbdə IX siniflər üzrə monitorinq keçirilir.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Qeyd edək ki, sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilir.