6B SİNFİNDƏ COĞRAFİYA DƏRSİ

     Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Açıq dərs" keçirilib. Coğrafiya müəllimi Ramilə Məmmədlinin 6b sinfində debat dərsi təşkil olunmuşdur.Dərsin mövzusu Aral dənizinin quruma və səhraya çevrilmə təhlükəsidir.

     Debat dərsin təşkil olunmasında məqsəd şagirdlərdə analiz aparmaq,nəticə çıxartmaq,öz mülahizələrini əsaslandırmaq bacarığının inkişaf etdirilməsidir.
      Bu dərsdə şagirdlər Aral dənizi sakinləri,səhra sakinləri və hakimlər olaraq 3 qrupa bölündülər.Hər qrup öz iddiasını dilə gətirdi,hakimlər isə hər qrupu dinlədikdən sonra fikirlərini daha çox əsaslandıran tərəfi elan etdilər.Əslində bu mövzuda hər iki tərəf də haqlıdır.Şagirdlərdən sadəcə əsaslı şəkildə dəlillər gətirmək tələb olunurdu.Sonda həm dənizin qurumaması,həm də səhra sakinlərinin  ehtiyacı olan su ilə təmin olunması üçün hansı alternativ yolların mümkünlüyü müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi