"İdman həftəsi" çərçivəsində məktəb psixoloqu şagirdlərlə söhbət aparıb
Məktəbdə "İdman həftəsi" çərçivəsində məktəb psixoloqu Cəmilə Məmmədova şagirdlərlə psixoloji söhbət aparıb.
"Sağlam bədəndə sağlam ruh olar " devizi altında şagirdlərə idmanla məşqul olmagın psixoloji faydaları açıqlayıb. Müxtəlif siniflərdən şagirdlərin iştirak etdiyi söhbət zamanı bir çox mövzular haqqında müzakirələr aparılıb. Şagirdlərə qələbə psixologiyası, uğura gedən yolda idmançılara mane olan amillər, qələbəyə və məğlubiyyətə psixoloji hazırlıq kimi mövzular söhbətin əsas başlıqlarını təşkil edirdi.