" Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar!"(Ə. Hüseynzadə)

      28 fevral 2023- cü il tarixində fənn  aylığı çərçivəsində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Məmmədova Xalidə 8b sinfində 
" Türkləşmək, islamlaşmaq, avropalaşmaq" düsturunun müəllifi, bayrağımızdakı üç rəngin üçünün də rəssamı, görkəmli   mütəfəkkir,şair, publisist, həkim, ictimai- siyasi xadim Əli bəy Hüseynzadənin həyatı, yaradıcılığı və fəaliyyətinə həsr olunmuş dərs- tədbir keçirmişdir. 
     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Sonra Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etdirən videoçarxlar izlənilmişdir.
     Tədbirin aparıcısı və sinfin şagirdlərinin Əli bəy Hüseynzadə haqqında verdikləri ətraflı məlumatlardan aydın oldu ki,  o təkcə Azərbaycanda deyil, bütün türklük miqyasında türklərin özünüdərkinin, istiqlal düşüncəsinin həm rəssamı, həm də memarı olmuşdur.Əli bəy Hüseynzadənin türklərin birliyi- Turan deyəndə türklər üçün əbədi, dəyişməz VƏTƏN anlamı olduğu dərk edilmişdir.Tədbir boyu" Əli bəy kimdir və onun" türk" anlamı nələrdən ibarətdir? " sualı cavablandırılmış, şairin vətənruhlu şeirləri və tarixə düşən məşhur kəlamları səsləndirilmişdir.
     Tədbirin sonunda şagirdlər " Azərbaycan" mahnısını ifa etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi