İdman növləri haqqında mövzular

       İdman həftəsi ərəfəsində fiziki tərbiyə müəllimi Zümrüd Kərimova 6b sinfində şagirdlərə İdman növləri haqqında geniş məlumatlar verib. Bildirib ki, idmanla məşğul olmaq sadəcə insanın sağlamlığını möhkəmləndirmir, eyni zamanda insanda ruh yüksəkliyi yaradıb, insanın çevik və dözümlü olmasına səbəb olur. 
     Qeyd edək ki, şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyənin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə bu həftə məktəbdə "İdman həftəsi" elan edilmişdir. Bu məqsədlə məktəbdə şagirdlərlə idman növləri haqqında ətraflı söhbət aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi